!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Azərbaycan futbolunun inkişafı üçün nələrdən başlamaq lazımdır?

!Reklam – Yazi

“Biz inkişaf istəyiriksə, ilk növbədə aşağı liqada çıxış edən komandaların maddi texniki bazası, uşaq futbolunu təməldən qurmalıyıq”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan kubokunun start götürməsi və burada aşağı liqada çıxış edən komandaların inkişafı barədə danışan idman jurnalisti Emin Abbasov deyib.

Onun sözlərinə görə, bir tərəfdən baxdıqda aşağı liqa komandalarının özündən daha yuxarı liqa komandaları ilə görüşməsi bir təcrübədir:

“Düşünmürəm ki, bunun hansısa inkişafı aşağı liqada çıxış edən komandalara təkanı ola bilər. Çünki adətən statistika ilə götürsək, aşağı liqa komandaları, xüsusilə, birinci liqa komandaları Premyer Liqada çıxış edənləri uda bilmir, mərhələ adlaya bilmirlər. Bu, daha çox formal xarakter daşıyır və Premyer Liqa komandaları mərhələ adlayır. Digər ölkələrlə, xüsusən Türkiyə ilə müqayisə etsək, orada da aşağı liqa klubları Super Liqa klubları ilə üz-üzə gəlməsi haradasa müəyyən ajiotaj yaradır. Amma Türkiyənin hətta 3-cü liqa klubları var ki, onların əla meydançaları, yaxşı şəraitləri var və hər tərəfdən təmin olunmuş komandalardır”.

E.Abbasov qeyd edib ki, inkişaf üçün ilk növbədə, aşağı liqada çıxış edən komandaların maddi texniki bazası, uşaq futbolunu təməldən qurulmalıdır:

“Yoxsa, aşağı liqa təmsilçilərinin kubokda bir oyun keçirməklə böyük inkişafın olacağını güman etmirəm. Kubok formatı olaraq yaxşı düşünülmüş bir addımdır ki, müxtəlif səviyyədə olan komandalar bir-biri ilə oynasın və mücadilədə olsunlar, amma inkişaf kimi baxsaq, burada inkişafdan söhbət gedə bilməz”.

İsmayıl Bakuvi

COP29

www.yenicag.az

85
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv