Azərbaycan gələn il xam neft hasilatını sutkada 551 min barelə çatdıracaq

media-hightechnic-468x90

Azərbaycanın 2024-cü ildə xam neft hasilatını sutkada 551 min barelə çatdıracağı gözlənilir.

Yenicag.az xəbər verir ki, həm OPEC, həm də qeyri-OPEC ölkələri üçün ümumi xam neft hasilatının səviyyəsi bu gün keçirilən nazirlərin 35-ci görüşündən sonra blok tərəfindən razılaşdırıldığı kimi 2024-cü ildə gündəlik 40,46 milyon barel səviyyəsində müəyyən edilib.

Bundan əvvəl OPEC 2023-cü ildə Azərbaycanın maye karbohidrogen tədarükünün sutkada 37 min barel artaraq orta hesabla 0,7 milyon barel səviyyəsinə çatacağını proqnozlaşdırmışdı.

2023-cü ilin aprel ayında Azərbaycanda gündəlik xam neft hasilatı sutkada 512 min barel təşkil edib. Ölkədə gündəlik neft hasilatı kondensatla birlikdə sutkada 626 min barelə çatıb./Trend/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600