!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan gənclərinin Ali Baş Komandana müraciəti: “Siz bizim örnək və qürur mənbəyimizsiz!”

!Reklam – Yazi

Azərbaycan gəncləri Ali Baş Komandan prezident İlham Əliyevə müraciəti ünvanlayıblar.

Yenicag.az müraciəti təqdim edir:

Möhtərəm cənab Prezident,

Müzəffər Ali Baş Komandan İlham Əliyev,

28 ildən sonra Azərbaycan xalqının mədəniyyət beşiyi, Qafqazın Konservatoriyası Şuşa şəhərini erməni işğalından azad etməklə, Azərbaycanın qızıl səhifəsini tarixə həkk etdiyiniz üçün milyonlarla gənc adından Sizə təşəkkür edirik!

Biz fəxr edirik ki, Sizin qurduğunuz qüdrətli Azərbaycanın şanlı tarix yazdığı dövrdə yaşayırıq, bu ölkənin gəncləriyik.

Şuşa hər bir azərbaycanlı üçün xüsusi mənəvi məna kəsb edən qədim yurdumuzdur və orada üç rəngli müqəddəs bayrağımızın dalğalanması həm də qürurumuzun dirçəlməsidir.

Bütün şəhər və rayonlarımızda meydanlara, küçələrə axışan xalqımız sizin müdrik sərkərdəliyiniz altında Milli Ordumuzun uğurunu qeyd edir.

Bu tarixi bayram Sizin əsərinizdir!

Azərbaycan gəncliyi olaraq hər zaman Sizin çıxışlarınızdan ilhamlanırıq, bizə olan diqqət və qayğınızla əhatə olunmuşuq. Sizin hər zaman səsləndirdiyiniz “Mən gənclərə inanıram, güvənirəm, gənclər də mənə arxalana bilər” sözləri iqtidarla gənclik arasındakı sarsılmaz bağın təzahürüdür!

Möhtərəm cənab Prezident,

Azərbaycan gəncliyi 27 sentyabr tarixindən etibarən həm ön cəbhədə əsgər və zabit kimi torpaqlarımızın azad olunmasında igidlik göstərir, həm də arxa cəbhədə, virtual məkanda erməni təbliğatı və yalanlarını beynəlxalq səviyyədə ifşa edir. Bundan sonra bu fəaliyyətimizlə yanaşı, işğaldan azad olunmuş torpaqlarımızın Sizin rəhbərliyiniz altında bərpasında da iştirak etməyə hazırıq!

Torpaqlarımızın azad olunmasında həyatını fəda etmiş şəhidlərimizin xatirəsi hər zaman cəmiyyətimizdə uca tutulacaq, xalqımızın igidlik səlnamələri gənc nəsillərə ötürüləcəkdir.

Cənab Ali Baş Komandan,

Biz, gənclər olaraq, doğma Qarabağımıza bu günədək getmək imkanamız olmasa da, Sizin həyata keçirdiyiniz milli gənclər siyasətinin, Qarabağ münaqişəsi, Xocalı soyqırımı haqqında fasiləsiz maarifləndirmənin, ailələrimizdə aldığımız tərbiyənin sayəsində o yurdlarımızı sevdik, ora candan, könüldən bağlandıq və daima qəlbimizdə yaşatdıq.

Bu gün hər bir Azərbaycan gənci Sizin əmrinizə müntəzirdir!

Yaşasın müzəffər Ali Baş Komandan!

Qarabağ Azərbaycandır!”

www.yenicag.az

614
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv