Azərbaycan gömrüyündə bəyanetmə qaydaları dəyişdi

media-hightechnic-468x90

Gömrük orqanları tərəfindən malların buraxılışı həyata keçirildikdən sonra gömrük bəyannaməsində düzəlişlər edilməsinə və ya onun geri götürülməsinə icazə verildiyi hallar artırılıb.

Yenicag.az-ın xəbərinə görə, Nazirlər Kabineti bununla bağlı “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nda dəyişiklik edib.

Beləliklə, bu hallar sırasına aşağıdakılar əlavə edilib:

– malların buraxılışı həyata keçirildikdən sonra 3 (üç) il müddətində bəyannaməçi malları müvafiq gömrük proseduru altında yerləşdirməsi ilə əlaqədar öhdəliklərini yerinə yetirməli olduqda;

– gömrük borcu üzrə ödənilmiş gömrük ödənişlərinin qaytarılması barədə gömrük orqanının qərarı olduqda;

– aparılmış gömrük auditi nəticəsində gömrük bəyannaməsində qeyd olunan məlumatlarda düzəliş edilməli olduqda;

– yuxarı gömrük orqanının və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda.

Gömrük auditi nəticəsində malların düzgün gömrük proseduru altında yerləşdirilməməsi müəyyən edildikdə gömrük bəyannaməsi malların buraxılışından sonra ləğv ediləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600