!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Güləşçilərimiz Fransadan əliboş gəlirlər

!Reklam – Yazi

Fransanın paytaxtı Parisdə keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatı Azərbaycan millisinin üzvləri üçün başa çatıb.

Yenicag.az xəbər verir ki, millimizin üzvlərindən yalnız Elvin Mürsəliyev bürünc medal qazanıb. O, yarımfinalda Belarus təmsilçisi Radzik Kulieuya məğlub olub. Bürünc medal uğrunda isə Elvin, Bolqarıstan idmançısı Daniel Aleksandrovu üstələyib.

Maraq üçün bildirək ki, Elvinlə yanaşı, Parisə yollanan komandamızın heyətində Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq), Həsən Əliyev (75 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriəti (130 kq) kimi güləşçilərimiz yer almışdı.

Ancaq təəssüflər olsun ki, güləşçilərimizin çıxışı fiasko ilə nəticələnib.

Sözsüz ki, bu da səbəbsiz deyil. Xatırladaq ki, bir müddət əvvəl idmançılarımız Azərbaycan Güləş Federasiyasının biganəliyinə görə etiraz aksiyası keçirmişdi. Buna səbəb isə idmançılara yarışlara hazırlaşmaq üçün lazım olan şəraitin yaradılmaması, uzun müddətdi maaş üzünə həsrət qalmaları və təlim-məşq toplanışlarının təşkil olunmaması idi.

Yenicag.az

www.yenicag.az

1071
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv