Azərbaycan Gürcüstan və Türkiyə ilə rouminq xərclərini aradan qaldıracaq?

media-hightechnic-468x90

11728342_10206075180631299_8164080_oAvropa birliyi 2017-ci ilin iyun ayından bütün üzv dövlətlərdə rouminq xərclərini ləğv etməyi qərara alıb.

Belədə bir AB ölkəsindən digərinə səfər edəndə, mobil telefonla öz evlərində olduğu qiymətə zəng edəcək, mesaj göndərəcək, mobil internetdən istifadə edəcəklər Azərbaycanın da müttəfiq ölkələrlə, ən azından Gürcüstan və Türkiyə ilə rouminq xərclərini aradan qaldırması mümkündürmü?

İqtisadçı ekspert Məhəmməd Talıblı Yenicag.az-a açıqlamasında bildirdi ki, belə bir addımın Bakı, Tiflis və Ankara arasında da atılmasının mümkün olduğu qənaətindədir: “Azərbaycanın da Türkiyə və Gürcüstan kimi ölkələrlə mobil telefonlarla danışarkən rouminq xərclərini aradan qaldırması mümkündür. Bunun üçün tərəflər arasında razılıq olmalıdır. Avropa Birliyi əslində nəzərdə tutmuşdu ki, quruma üzv ölkələrlə bağlı rouminq xərclərinin aşağı tarif dərəcəsinin saxlanılmasında daha çox maraqlıdır. Ümumiyyətlə, Avropa Birliyinin əsas siyasəti ondan ibarətdir ki, bu ailəyə daxil olan dövlətlərdə mövcud olan oyun qaydaları ilə, birlikdən kənad dövlətlər arasındakı bütün sahələr üzrə tarif dərəcələrinin eyniləşdirilməsi yolverilməzdir. Ona görə də əslində bu hər hansı bir diskriminasiya, yaxud da AB ölkələri üçün himayədarlıq anlamına gəlmir. Sadəcə olaraq, AB daxilindəki mövcud oyun qaydalarının kənar dövlətlərdəki oyun qaydalarından fərqləndiyini göstərir. Bu baxımdan düşünürəm ki, əslində bunu diskriminasiya halı kimi qiymətləndirmək də olmaz”.

ELÇİN

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600