Azərbaycan Honkonqdakı yanğınla bağlı Çinə başsağlığı verib

media-hightechnic-468x90

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Honkonqun Tay Po bölgəsində yaşayış kompleksində baş verən yanğınla bağlı Çinə başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə XİN-in sosial media hesabında paylaşım edilib.

“Çoxlu sayda insanın ölümünə və yanıq xəsarətləri almalarına səbəb olan faciəvi yanğın bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə və yaxınlarına səmimi başsağlığımızı bildirir, xəsarət alanlara tezliklə şəfa diləyirik. Bu çətin dövrdə düşüncələrimiz Honkonq əhalisi ilədir”,- məlumatda qeyd olunub.

Qeyd edək ki, yaşayış kompleksində baş verən yanğın səbəbindən 65 nəfər həyatını itirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa