“Azərbaycan ilə Türkiyə arasında sənaye əməkdaşlığı yeni mərhələyə yüksəlib”

media-hightechnic-468x90

“Azərbaycan ilə Türkiyə arasında sənaye və texnologiya sahələrində də əməkdaşlıq son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib”.

Yenicag.az xəbər verir ki, bunu II Azərbaycan-Türkiyə İnvestisiya Forumunda çıxış edən Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov deyib.

Onun sözlərinə görə, SOCAR Türkiyəyə 19 milyard ABŞ dolları sərmayə qoymaqla qardaş ölkənin ən böyük xarici investorudur:

“Bu sərmayələr çərçivəsində şirkət neft emalı, neft-kimya və təbii qaz sahələrində bir çox strateji layihələr həyata keçirmişdir.

Bu gün də SOCAR qardaş Türkiyənin iqtisadiyyatına sərmayə qoymaqla, yeni layihələr vasitəsilə fəaliyyətini genişləndirir.

Bu gün burada Türkiyənin ərazisində fəaliyyət göstərən 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair imzalanacaq sənəd bunun sübutudur.

Azərbaycan ilə Türkiyə arasında sənaye və texnologiya sahələrində də əməkdaşlıq son illərdə keyfiyyətcə yeni mərhələyə yüksəlib.

Qarşılıqlı təcrübə mübadiləsi, insan kapitalının inkişafı və müasir texnologiyaların tətbiqi üzrə atılan addımlar sənaye potensialımızın gücləndirilməsinə xidmət edir.
Bu çərçivədə istehsal sahələrində, xüsusilə metal emalı, maşınqayırma və digər baza sənaye istiqamətlərində qabaqcıl texnologiyaların tətbiqi üzrə bilik və bacarıqların ötürülməsi həyata keçirilir.

Müdafiə sənayesini də xüsusilə qeyd etmək istərdim. Azərbaycanda bu sahə son zamanlar yüksək templə inkişaf edir. Türkiyə ilə bu baxımdan səmərəli əməkdaşlıq qurulub.

Yüksək texnologiyalar, elektron ticarət, süni intellekt və innovasiya ekosistemləri üzrə əməkdaşlıq da regional və çoxtərəfli platformalar çərçivəsində inkişaf etdirilir.
Bu istiqamətlərdə imzalanmış sənədlər və həyata keçirilən təşəbbüslər rəqəmsal iqtisadiyyatın genişlənməsinə, yeni biznes modellərinin formalaşmasına və insan kapitalının inkişafına xidmət edir”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.12.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa