Azərbaycan, İran və Rusiya komandanları görüşdü

media-hightechnic-468x90

Rusiyada keçirilən Xəzəryanı ölkələrin Hərbi Dəniz Qüvvələri komandanlarının iclası çərçivəsində Azərbaycan HDQ-nin komandanı, Birinci dərəcəli kapitan Şahin Məmmədov ilə İran Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı admiral Şəhram İrani arasında ikitərəfli görüş olub.

Yenicag.az xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Kapitan Şahin Məmmədov görüşdən sonra çıxışında Azərbaycanı və İranı iki dost, qardaş və qonşu ölkə adlandıraraq deyib:

“İki ölkə bütün sahələrdə əməkdaşlıq edir və Xəzər dənizi ilə bağlı məsələlərdə də çox uğurlu koordinasiya mövcuddur”.

Şəhram İrani isə bildirib ki, onlar kənardan heç bir ölkənin Xəzər dənizi ilə bağlı qərar qəbul etməsinə icazə verməyəcək.

Toplantıda çıxış edən Rusiya HDQ-nin komandanı admiral Aleksandr Moiseyev isə qeyd edib ki, yalnız 5 sahilyanı dövlət Xəzər dənizi ilə bağlı qərar vermək hüququna malikdir.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 08.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa