“Keşlə” futbol klubunda yeni baş məşqçi təyinatı rəsmiləşib.
Yenicag.az xəbər verir ki, Premyer Liqa təmsilçisinə Yuri Maksimov rəhbərlik edəcək. Bu barədə saytımıza klub prezidenti Zaur Axundov məlumat verib. Ukraynalı məşqçi ilə mövsümün sonuna qədər müqavilənin imzalanması nəzərtdə tutulub.
Ramiz Məmmədovun aqibətinə gəlincə, o, yenidən aşağı yaş qrupları üzrə koordinator kimi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, Yuri Maksimov məşqçi karyerasına 2005-ci ildə başlayıb. Məşqçiliyə Minsk “Dinamo”sunda start verən Maksimov, daha sonra MOİK (Kiyev), “Obolon”, “Krivbass”, “Metallurq” (Donetsk), “Mordoviya” və “Taraz” kimi klublarda çalışıb.
www.yenicag.az