Azərbaycan Kuboku: Yarımfinala vəsiqə qazanan sonuncu komanda məlum oldu

media-hightechnic-468x90

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Yenicag.az xəbər verir ki, günün son oyununda “Neftçi” doğma meydanda “Sumqayıt”ı qəbul edib. “Neftçi Arena”da reallaşan görüş 1:1 hesabı ilə yekunlaşıb. Hesabı 26-cı dəqiqədə Filip Ozobiç açıb. Qonaqların heyətində isə 39-cu dəqiqədə Roi Kehat fərqlənib.

İlk görüşdə 3:2 hesabı ilə qalib gələn “ağ-qaralar” yarımfinala vəsiqə qazanıb. Paytaxt klubunun bu mərhələdəki rəqibi “Qarabağ” olacaq.

Günün digər matçında isə “Qəbələ” “Araz-Naxçıvan”ı 2:0 hesabı ilə məğlub edərək yarımfinala adlayıb. Elmar Baxşıyevin komandası bu raundda “Zirə” ilə qarşılaşacaq./Azertag/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600