Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaltdı
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 6,75 %-ə endirilməsi barədə qərar qəbul edib.
Yenicag.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6 %-dən 5,75 %-ə, yuxarı həddi isə 8 %-dən 7,75 %-ə endirilib.
“Qərarın qəbulu zamanı faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf intervalı (4±2%) ilə uzlaşması, qlobal iqtisadiyyat və maliyyə bazarlarındakı mövcud vəziyyət, daxili makroiqtisadi meyillər, eləcə də pul siyasəti qərarlarının real sektora ötürücülüyünün xüsusiyyətləri əsas götürülüb”, – deyə AMB bəyan edib.
Qərar sabahdan qüvvəyə minir.
Gələn il faiz dəhlizinin parametrləri ilə bağlı qәrarların ictimaiyyətə açıqlanması qrafiki bu ilin sonuna qədər yayımlanacaq.












