Azərbaycan millisi finalda

media-hightechnic-468x90

ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışları davam edir.

Yenicag.az xəbər verir ki, yığma komandamız Kuba, Qazaxıstan və Monqolustan idmançıları ilə B yarımqrupunda mübarizə aparır.

“B” qrupunda mübarizə aparan millimiz Monqolustan yığmasını 7:3 hesabı ilə məğlub edib. Yığmamız ilk yarış günündə Kuba və Qazaxıstan millilərinə də qalib gəlib. Bununla da Azərbaycan millisi dünya kubok yarışlarının finalına yüksəlib.

Final görüşündə yığma komandamızın rəqibi ev sahibi ABŞ idmançıları olacaq. Final görüşü Bakı vaxtı ilə gecə saat 01:00-da başlayacaq.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa