Azərbaycan millisinin çempionluq matçı – VİDEO

Ötən gün Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına yekun vurulub.

Yenicag.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən final matçında Azərbaycanın və Omanın 23 yaşadək futbolçulardan ibarət milli komandaları üz-üzə gəlib.
Rəqibini 2:1 hesabı ilə məğlub edən millimiz çempionluğu bayram edib.

Qarşılaşmanın videoicmalını təqdim edirik:

Yenicag.az