Azərbaycan millisinin üç futbolçusunda koronavirusa aşkarlandı

media-hightechnic-468x90

17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində çıxış etmək üçün hazırda Belçikada səfərdə olan Azərbaycan milli komandasının 3 futbolçusunun koronavirus testi pozitiv nəticələnib.

media-banner_tkm

Yencag.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) bu səbəbdən seçmə mərhələ oyunlarında iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, U-17 millimiz AÇ-nin seçmə mərhələsində 3-cü qrupda Norveç, Belçika və Lüksemburq komandaları ilə mübarizə aparacaq. Oyunlar oktyabrın 6-da, 9-da və 12-də Belçikanın Tubize şəhərində keçiriləcək.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05