Azərbaycan neft ixracını 32% artırıb

media-hightechnic-468x90

Bu ilin yanvar ayında gömrük bəyannamələrinə əsasən Azərbaycan 2,395 mln. ton həcmində xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edib.

Yenicag.az Dövlət Gömrük Komitəsinin statistikasına əsasən xəbər verir ki, bu miqdarda məhsulun dəyəri 1,018 mlrd. ABŞ dolları təşkil edib.

Bu ilin yanvar ayında ixrac olunan məhsulun miqdarı ötən ilin yanvar ayından 32%, dəyəri isə 16% çoxdur.

Xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları yanvarda Azərbaycanın ümumi ixracının 79,56%-ni tutub.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600