Dünya bazarında “Azeri Light” markalı Azərbaycan nefti bahalaşıb.
Yenicag.az xəbər verir ki, Azərbaycan neftinin bir barelinin qiyməti 1,32 ABŞ dolları, yaxud 1,53% artaraq 87,90 ABŞ dolları təşkil edib.
Xatırladaq ki, Azərbaycanın 2024-cü ilin dövlət büdcəsində neftin bir barelinin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
“Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
www.yenicag.az