Azərbaycan nefti bahalaşır

media-hightechnic-468x90

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 27-də 67,97 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 1,28 dollar/barel çoxdur.

Yenicag.az xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin son qiyməti 67,16 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,23 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin son qiyməti 63,94 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,07 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən “Brent Dated” etalon növlü neftin son qiyməti 65,38 dollar/barel təşkil edib, bu da əvvəlki qiymətdən 0,97 dollar/barel çoxdur./Trend/

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa