Azərbaycan ordusu daha 3 əsgərini itirdi

media-hightechnic-468x90

ghfgdfcvbcAzərbaycan-Ermənistan qoşunlarının təmas xəttində faciəli hadisə baş verib.

Hadisə cəbhənin Füzuli istiqamətində qeydə alınıb. Səngər bərkitmə işləri apararkən minanın partlaması nəticəsində Azərbaycan Ordusunun hərbçiləri – əsgərlər Novruz Abdullayev, Seyfəddin Kərimov və kapitan Ceyhun Orucəliyev hadisə yerindəcə dünyasını dəyişiblər.

Daha 8 hərbçimizin ağır yaralandığı bildirilir.

Təmas xəttində mina partlaması nəticəsində yaralanan hərbçilərin adı məlum olub.

Məlumata görə, hadisə nəticəsində Azərbaycan Ordusunun əsgərləri Bəhruz Musayev, Sadiq Cəbrayılov, Emin Talıbov və Azər İsgəndərzadə müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralı əsgərlər hospitala yerləşdirilib.

Hadisə zamanı dünyasını dəyişən Azərbaycan Ordusunun zabiti, kapitan Ceyhun Orucəliyev Naxçıvan, əsgərlər Novruz Abdullayevin Bakı, Seyfəddin Kərimovun isə Gəncənin Kəpəz rayonundan hərbi xidmətə çağırıldığı məlum olub(apa).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600