Azərbaycan Ordusunda kibertəhlükəsizlik üzrə mütəxəssislərin peşəkarlığı artırılır - FOTO

media-hightechnic-468x90

Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Ordusunun kibertəhlükəsizlik üzrə mütəxəssisləri üçün “İdarəetmə, risklərin idarə olunması və uyğunluq (GRC – Governance, Risk, Compliance)” üzrə təlim kursu keçirilib.

media-banner_tuq

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Bildirilib ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin tabeliyində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinin “CyberCollab” layihəsi çərçivəsində təşkil edilən kursun əsas məqsədi iştirakçıların kibertəhlükəsizlik sahəsində idarəetmə, risklərin idarə olunması və uyğunluq istiqamətləri üzrə bilik və bacarıqlarının artırılması, eləcə də beynəlxalq təcrübələrə uyğun yanaşmaların tətbiqinə dəstək verməkdir.

Təlim proqramı müddətində iştirakçılara GRC istiqamətinin əsas prinsipləri, risklərin qiymətləndirilməsi metodologiyaları, normativ tələblərə uyğunluğun təmin edilməsi, eləcə də təşkilati səviyyədə kiber risklərin effektiv idarə olunması mexanizmləri barədə ətraflı məlumat verilib.

İnteraktiv formatda keçirilən təlim kursu zamanı nəzəri biliklərlə yanaşı real iş mühitinə uyğun ssenarilər əsasında iştirakçıların peşəkar bacarıqlarının inkişafına xüsusi diqqət yetirilib.

media-65864927a645ee8bb6c6bc3bb3df200f media-874deddd57dbdc843e4a9d87a6ac3fb0 media-13708ec3029cbe41e87a896dca4d1d69 media-0f0e584efa715fcd464412dae8483d10

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05