!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Ordusunda modern MODEL: "Rotasiyalar sistem halına salınır"

!Reklam – Yazi

“Azərbaycan Ordusunda tez-tez yerdəyişmələr edilməlidir”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Azərbaycan ordusunda kadr dəyişikliklərini şərh edən ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov deyib.

Rövşən Məhərrəmov bildirib ki, Azərbaycan Ordusunun gəncləşməyə ehtiyacı var.

“Azərbaycan ordusu Türkiyə modelinə keçirsə, bu o deməkdir ki, rotasiya həyata keçirilməldir. Türkiyə Ordusunda uzağı 4 ildən bir vəzifəli şəxslərin yerləri dəyişdirilir. Türkiyə ilə müqayisədə Azərbaycan ordusunun say tərkibi azdır. Azərbaycan Ordusunda həm də bu səbəbdən rotasiyalar gec-gec həyata keçirilir. Görünən odur ki, bunu da sistemə salırlar və planlı şəkildə həyata keçirmək istəyirlər”, – deyə o əlavə edib.

Ekspert qeyd edib ki, Kərəm Mustafayev Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun komandanı idi.

“Kərəm Mustafayev briqada, sonra diviziya, daha sonra korpus komandiri vəzifəsində xidmət edib. Əlahiddə Ümumqoşun Ordusu yaranandan sonra isə Kərəm Mustafayev komandan olub. Kərəm Mustafayevin yerinə Vətən Müharibəsi Qəhrəmanı, general-mayor Kənan Seyidov təyinat alıb. Kənan Seyidov müharibələr keçmiş, səngərdə böyüyüb, şərəflə xidmət etmiş bir zabitdir”, – deyə o bildirib.

R.Məhərrəmov vurğulayıb ki, Naxçıvanı Azərbaycanın yerdə qalan ərazisi ilə birləşdirən quru əraziləri yoxdur:

“Orada xidmət o qədər də asan deyil. Kənan Seyidov vəzifəsinin öhdəsindən gələcək”.

Onun sözlərinə görə, Azərbaycan Ordusunda tez-tez yerdəyişmələr edilməlidir.

Səxavət Məmməd

COP29

www.yenicag.az

525
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv