!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan Ordusunun 2 hərbçisi dumanlı havada qar uçqununa düşüb - BİRGƏ MƏLUMAT

!Reklam – Yazi

Azərbaycan Ordusunun 2 hərbi qulluqçusu dumanlı hava şəraitində qar uçqununa düşüb.

Yenicag.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin birgə məlumatında deyilir.

Məlumata görə, Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları – əsgər Həmidov Ruslan Rüstəm oğlu və əsgər İmanov Əli Tariyel oğlu dumanlı hava şəraitində qar uçqununa düşüblər.

“Hərbi qulluqçularımızın tapılması məqsədilə yüksək dağlıq və çətin relyefli ərazidə hava şəraitinin əlverişsiz olmasına baxmayaraq dərhal zəruri axtarış tədbirlərinə başlanılıb. Axtarış-xilasetmə tədbirlərinə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin qüvvə, vasitə və xüsusi texnikaları cəlb edilib. Axtarışın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, məlumatda bildirilib./APA

www.yenicag.az

81
!Crossmedia
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv