“Azərbaycan Parlamenti İrəvanı geri istəməlidir”

media-hightechnic-468x90

скачанные файлы (1)Akif Nağı: “İrəvan şəhəri məsələsi o zamanlar parlamentdə qəbul olunmuşdu və parlamentdə də öz həllini tapmalıdır”
Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Yenicag.az-a açıqlamasında vurğuladı ki, ermənilərin ərazi iddiaları sadəcə olaraq, Türkiyəyə təzyiq göstərmələri üçün ortaya atılıb:

 

 

“Ermənilər hətta Çankaya köşkünün yerini də özlərinin şəxsi mülkiyyəti hesab edir. Amma hesab edirəm ki, ermənilərin ərazi iddiaları Türkiyəyə təzyiq baxımından irəli sürülüb. Türkiyə bu iddiaları rədd etməlidir və ona birdəfəlik son qoyulmalıdır. Ermənilər gedib Amerikada, Liviyada, Livanda mülkiyyət məsələsini qaldırsınlar. Türkiyə bu məsələdə yumşaqlıq göstərməməlidir. Amma təəssüf ki, hansısa amillərin təsiri altında Ankara bu məsələdə yumşaq mövqedə dayanır, onların iddialarını birdəfəlik rədd etmir. Ermənilərin bu hərəkətləri hansısa əraziləri qaytarmaq istəyindən daha çox, müəyyən beynəlxalq mərkəzlərin sifarişini yerinə yetirməyə hesablanib ki, Türkiyəyə təzyiqlər edilsin”.

Həmsöhbətimiz Azərbaycanın adekvat olaraq, İrəvanın Ermənistana paytaxt olaraq verilməsilə bağlı müqavilə öz əhəmiyyətini itirdiyi üçün torpaq iddiası irəli sürə bilməsinə isə müsbət yanaşdı: “Azərbaycan Tarix institutunun direktoru səviyyəsində İrəvan ərazisinin Azərbaycana qaytarılması məsələsi qaldırılıb. 1918-ci il mayın 29-da Milli Şuranın qərarı ilə paytaxt olaraq İrəvan beynəlxalq dairələrin təzyiqi ilə Azərbaycanın öz xoşuna olmadan ermənilərə güzəştə gedilib. Bu zaman şərtlər də qoyulub. Bu şərtlərdən biri də o idi ki, Ermənistan Azərbaycana qarşı hər hansı ərazi iddiasında olmasın. Lakin ermənilər bu şərtə də əməl etmədilər. Yəni o zamandan ermənilər sərhədlərimizi pozurdu. Hazırda da ermənilər öz çirkin niyyətləri ilə bu şərtin tələblərini çoxdan pozub. Bu şərti pozduqlarına görə, İrəvanın ermənilərə paytaxt olaraq verilməsilə bağlı qərarı ləğv edə bilərik. Bu məsələ o zamanlar parlamentdə qəbul olunmuşdu və parlamentdə də öz həllini tapmalıdır”.

Rüfət

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600