Azərbaycan prezidenti Ərdoğanı təbrik etdi

media-hightechnic-468x90

Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı Ədalət və İnkişaf Partiyasının Sədri vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, dövlətimizin başçısının Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda deyilir: “Qurucusu olduğunuz partiyanın yenidən Sədri seçilməyiniz partiya üzvlərinin Sizə olan sonsuz inam və etimadının aşkar təzahürü, Türkiyənin inkişafı və rifahı naminə göstərdiyiniz xidmətlərə verilən yüksək qiymətdir. Bu gün Azərbaycan-Türkiyə dostluq və qardaşlıq münasibətləri hərtərəfli inkişaf edir və regionda əmin-amanlığın və sabitliyin bərqərar olmasına, inkişafa töhfələr verir”.

Qarşılıqlı faydalı əməkdaşlığın, birgə gerçəkləşdirilən irimiqyaslı layihələrin strateji tərəfdaşlığımızı səciyyələndirən mühüm məqamlar olduğunu vurğulayan Prezident İlham Əliyev birgə səylərlə Azərbaycan-Türkiyə müttəfiqliyinin və qardaşlığının bundan sonra da möhkəmlənəcəyinə və inkişaf edəcəyinə əminliyini ifadə edib.

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05