Azərbaycan prezidentliyinə daha bir namizəd

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Zahid Oruc aprelin 11-nə təyin edilən növbədənkənar Prezident seçkilərində namizəd olacağını açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Z.Orucun özü məlumat yayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev “Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında” sərəncam imzalayıb. Sərəncamla Mərkəzi Seçki Komissiyasına (MSK) növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb. MSK növbədənkənar Prezident seçkilərini aprelin 11-nə təyin edib.(Report)

COP29