Azərbaycan Qazaxıstana karbamid tədarük etməyə başlayıb

media-hightechnic-468x90

Bu ilin I rübündə Azərbaycan 28,9 milyon ABŞ dolları dəyərində 81 min 875 ton karbamid ixrac edib.

media-banner_tuq

Yenicag.az bildirir ki, “Report”un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 40 %, kəmiyyət olaraq – 49 % azdır.

Hesabat dövründə Azərbaycan Ukraynaya 24,4 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 47 % az) 67 min 335 ton (-52 %), Rumıniyaya 3,2 milyon ABŞ dolları dəyərində (+2,3 dəfə) 10 min 570 ton (+2,1 dəfə), İsrailə 450 min ABŞ dolları dəyərində 1 min 500 ton (1 il əvvəl tədarük olmayıb), Türkiyəyə 334 min ABŞ dolları dəyərində (-83 %) 928 ton (-86 %), Yunanıstana 306 min ABŞ dolları dəyərində 1 min ton (1 il əvvəl tədarük olmayıb) məhsul satıb.

Bu il son 16 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Qazaxıstana tədarük (22 min ABŞ dolları dəyərində 66 ton) həyata keçirilib.

2025-ci ildə Azərbaycandan ixrac edilmiş 543 min 532 ton karbamidin 72,4 %-i Ukraynanın payına düşüb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05