Azərbaycan radiosunda Bədii Şura yaradıldı - Heyət açıqlandı

media-hightechnic-468x90

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin nəzdində Azərbaycan radiosunda Bədii Şura yaradılıb.

Yenicag.az xəbər verir ki, Bədii Şuranın tərkibi müəyyən olunub:

1. Rəşad Nəsirov – AzTV – nin sədr müavini

2. İlham Rəhimli – “Mədəniyyət” kanalı Proqram direktorunun müavini

3. Eldost Bayramov – Diktor

4. Ələmdar Quluzadə – “Uşaq verilişləri” redaksiyasının baş redaktoru

5. Şəfəq Əlizanlı – “Ədəbiyyat və İncəsənət” redaksiyasının baş redaktoru

6. Qorxmaz Şıxalıyev – “Səhər” redaksiyasının baş redaktor müavini

7. Rövşən Ramazanlı – “Xəbərlər” redaksiyasının baş redaktor müavini.

Xatırladaq ki, Prezident İlham Əliyevin tapşırığına əsasən AzTV QSC-də artıq 8 aydır ki TV sahəsində Bədii Şura fəaliyyət göstərir. Şura hər ay 2 dəfə topıanır və müzakirələr aparır. Radioda yaradılan bədii şura da 2 aydan bir topıanacaq və Azərbaycan Radiosunda yayımlanacaq musiqi və verilişlərin keyfiyyətinə nəzarət edəcək.

Qeyd edk ki, QSC-də yeni mövsümdə daha bir sıra yeniliklərə start verilir.

Mövzu ilə əlaqədar

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600