“Azərbaycan Sığortaçılar Assosiasiyası”nda yeni təyinat olub

media-hightechnic-468x90

Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) yeni təyinat olub.

ASA-dan Yenicag.az-a verilən məlumata görə, jurnalist Məmməd Ağayev Azərbaycan Sığortaçılar Assosiasiyasının icraçı direktorun müşaviri vəzifəsinə təyin edilib. O, bu vəzifəyə təyin olunana qədər “ARB 24” televiziya kanalında “Sığorta vaxtı” verilişinin layihə redaktoru olaraq çalışıb.

M.Ağayev Azərbaycanın ilk müstəqil tələbə qəzetinin (“Student TIMES”) təsisçisi və baş redaktoru, ölkənin ilk tələbə jurnalistlər təşkilatı olan “Gənc Reportyorlar” İctimai Birliyinin təsisçisi və rəhbəri olub. Ölkənin aparıcı media orqanları olan “Azərbaycan” qəzeti, “Baki-Baku.az” elektron qəzeti, “Axar.az”, “Fed.az, “Kommersant.az” xəbər portallarında müxtəlif vəzifələrdə çalışıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600