Ötən il Azərbaycandan ixrac edilən siqaretlərin sayı açıqlanıb.
Yenicag.az Valyuta.az-a istinadən xəbər verir ki, ötən il Azərbaycandan 2 milyard 138 milyon ədəd siqaret ixrac edilib. Bu say 33 milyon 626 min ABŞ dolları ilə hesablanıb.
Hesabat nəticəsində siqaret ixracı 2023-cü illə müqayisədə dəyər ifadəsində 2.4 dəfə və ya 19 milyon 341 min ABŞ dolları, həcm ifadəsində isə 88.5% və ya 1 milyard 3 milyon ədəd artıb.
Qeyd edək ki, ötən ildə ümumi siqaret ixracının 84%-i (1.8 milyard ədədi) Gürcüstanın payına düşüb:
Siqaretin ən çox ixrac edildiyi ölkələr:
Gürcüstan 1.8 milyard (30 milyon 692.4 min ABŞ dolları)
Rusiya 96.38 milyon (913 min 500 ABŞ dolları)
Qırğızıstan 83.54 (823 min 66 ABŞ dolları)
Oman 72.77 milyon (465 min 73 ABŞ dolları)
İraq 43.65 milyon (346 min 8 min ABŞ dolları)
Çin 16.5 milyon (153 min 75 ABŞ dolları)
Birləşmiş Ərəb Əmirlikləri 10 milyon (85 min ABŞ dolları)
Qazağıstan 7.97 milyon (43 min 84 ABŞ dolları)
Digər ölkələr 7.67 milyon (102 min 61 dollar)
www.yenicag.az