!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası mühüm layihələr reallaşdıracaq”

!Reklam – Yazi

Bu il 12 yaşın qeyd edən Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası fəaliyyət planına uyğun olaraq yeni mövsümdə mühüm layihələr reallaşdıracaq.

Yenicag.az xəbər verir ki, 7news.az-a bu barədə ASGA sədri, internet-media ekspert Səbuhi Abbasov məlumat verib: “2018-ci il ötən illərə nisbətən daha məhsuldar oldu. Biz ölkəmizdə baş verən mühüm ictimai-siyasi, mədəni-kütləvi proseslərdə ASGA olaraq fəallıq nümayiş etdirdik. Biz həm Gənclər Nazirliyi, həm QHT-lərə Dövlət Dəstəyi Şurası, həm də Gənclər Fondunun dəstəyi ilə bir sıra layihələri reallaşdıra bildik. Bundan başqa təşkilatımız bu il Gənclər Təşkilatları Milli Şurasının Məclis üzvlüyünə seçildi. Bu da bizimçün çox böyük məsuliyyət və stimuldur. Bu ilin sonuna qədər Polşada ATƏT-in tədbirində, eyni zamanda, Türkiyədə, Rusiyada, Ukraynada və Macarıstanda müxtəlif tədbirlərdə təşkilatçı və iştirakçı qismində iştirak edəcəyik. Yeni mövsümün ən mühüm işlərindən biri ASGA-nın Slavyan ölkələrində yeni nümayəndəliklərinin yaradılması və təsdiqlənməsi prosesi olacaqdır. Bu olduqca ağır, eyni zamanda, əhəmiyyətli prosesdir. Köhnə nümayəndələr bu illər ərzində kifayət qədər əmək sərf etdilər, uğurlar qazandılar. Artıq onların bir çoxları şəxsi işlərini qura biliblər. Bizə isə gənc, enerjili təmsilçilərlazımdır. Bizim təşkilatın ən mühüm missiyalarından biri də lobbiçiliyin inkişafına tövhə verməkdir. Bu mənada biz ilk olaraq Rusiyada, Ukraynada, Belarusda, Moldovada, Çexiyada nümayəndəlikləri yeniliyəcək, digər Slavyan ölkələrində isə yeni nümayəndəliklər yaradacağıq. Bu barədə təşkilatın rəsmi saytında elan və namizədlərin seçimi ilə bağlı məlumat veriləcəkdir. Bu istiqamətdə də ilin sonuna qədər mühüm layihələr reallaşdıracağıq. Bundan başqa Azərbaycan-Slavyan Gənclərinin I Formununun da bu il reallaşması nəzərdə tutulub. Bütövlükdə işlərimiz çoxdur, maraqlıdır. Biz, həmçinin, ASGA olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi və Mədəniyyət nazirliklərinə mühüm layihə təklifləri ilə müraciət edəcəyik.”

Məlumat üçün qeyd edək ki, ASGA 2006-cı ilin 30 iyun tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçib. Bu il təşkilatın 12 yaşı tamam olub. Təşkilat bu illər ərzində öz spesifikasına uyğun fəaliyyət göstərərək ciddi uğurlar əldə edib. Bugünə qədər ASGA 100-dən çox layihə reallaşdırıb ki, onlardan 15-ni beynəlxalq layihələr təşkil edir. Son 10 ildə ASGA ölkəmizə qarşı qərəzli hesabatlar verən təşkilatlara qarşı bir neçə dildə və müxtəlif məzmunda 46 bəyanat yayıb. Təşkilatın media qurumları ilə sıx əməkdaşlığı qurulub. Məhz bunun nəticəsidir ki, bu günə qədər QHT haqqında 3785 məqalə dərc edilib. Hal-hazırda ASGA-nın Rusiyada, Ukraynada və Polşada nümayəndəlikləri fəaliyyət göstərməkdədir. Təşkilatın əsas məqsədi ölkəmizi Slavyan ölkələrində layiqincə təbliğini və gənclərarası innovativ inteqrasiyanı təmin etməkdən ibarətdir. Bugün ASGA Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi, QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər Fondu, Milli QHT-lər Forumu (üzvdür), Gənclər Təşkilatları Milli Şurası (üzvdür) ilə sıx əməkdaşlıq edir. Bundan başqa ASGA Avropa Şurası Gənclər Departamenti, Rusiyada Azərbaycan Mədəniyyətinin İntibahı və İnkişafı Fondu və Slavyan ölkələrində fəaliyyət göstərən səfirliklərlə əməkdaşlıq edir.

COP29

www.yenicag.az

1008
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv