Azərbaycan tay boksu üzrə türk dünyası çempionatında təmsil olunacaq

media-hightechnic-468x90

Azərbaycan idmançıları avqustun 14-18-də İstanbulda keçiriləcək tay boksu üzrə Türk dünyası çempionatına hazırlaşırlar.

Yenicag.az xəbər verir ki, çempionat Türkiyənin Gənclər və İdman Nazirliyi, Xarici İşlər Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Türk Dövlətləri Təşkilatının (TDT) dəstəyi ilə təşkil olunur.

Çempionatda Azərbaycan ilə yanaşı Türkiyə, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Macarıstan, İran, Bosniya və Herseqovinadan idmançılar iştirak edəcəklər.

Turnirin rəsmi açılışı avqustun 15-nə planlaşdırılıb, final yarışları və mükafatlandırma mərasimi isə avqustun 18-də keçiriləcək.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa