Azərbaycan TDT-də aparıcı oyunçu ROLUNDA: “Prezidentin müsahibəsini dinləyən hər bir şəxs...”

media-hightechnic-468x90

“Türk Dövlətləri Təşkilatının qlobal rolu və digər məsələlər ətrafında cavablandırılan suallar çox diplomatik olmaqla yanaşı, beynəlxalq tərəfdaşlar tərəfindən maraqla gözlənilir”.

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

media-1746442684_azer_badamov_esasdir-1

O, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” kanalına müsahibəsi zamanı toxunduğu qlobal məsələlər və mesajlar, həmçinin Azərbaycanın Türk Dünyasında artan rolu barədə fikirlərini səsləndirib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” kanalına verdiyi geniş müsahibədə regional və qlobal xarakterli bir çox məsələlərə münasibət bildirərək baxışlarımızı geniş izləyici auditoriyasına çatdırdı:

“Müsahibədə verilən suallar və cavablar çoxşaxəlidir. Bu, Azərbaycanın regionda sülh və əməkdaşlığı təşviq edən sabitləşdirici aktor olduğunu bir daha təsdiq edir. Prezident İlham Əliyev torpaqlarımızın işğal olunmasından bu günə qədər regionda mövcud olmuş vəziyyət və 2020-ci ildə qələbəmizlə yaratdığımız yeni reallığın verdiyi qlobal əməkdaşlığa töhfələri haqqında fikirlərini ifadə etdi. Həm də Ermənistanla paraflanmış sülh müqaviləsinin dönməzliyi, Azərbaycan-ABŞ münasibətləri, İsrail-Suriya və İsrail-Türkiyə gərginliyinin azaldılmasında verdiyimiz töhfələr, ATƏT-in Minsk qrupunun hüquqi ləğvi, Zəngəzur dəhlizi (Tramp yolu), TDT-nin qlobal rolu və digər məsələlər ətrafında cavablandırılan suallar çox diplomatik olmaqla yanaşı, beynəlxalq tərəfdaşlar tərəfindən maraqla gözlənilir”.

Millət vəkili əmindir ki, Trampın adını daşıyacaq Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunan dövlət başçımız Naxçıvanın Azərbaycanın əsas hissəsindən ayrı düşməsinin səbəblərindən başlayaraq, bu gün yenidən quru yolla birləşməyimiz ətrafında görülən işlərə qədər baş verən proseslərə geniş nəzər saldı:

“Bu dəhlizin açılışı nəinki Naxçıvanla təhlükəsiz keçidimizi təmin edəcək, həm də Ermənistanı tranzit ölkə etməklə Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin coğrafiyasını genişləndirəcək. Türk Dövlətləri Təşkilatının qlobal siyasətdə tutduğu yeri və roluna toxunan dövlət başçımız bu təşkilata daxil olan ölkələrin eyni etnik köklərə malik olması və ölkələr arasında ikitərəfli dostluq əlaqələrinin mövcud beynəlxalq təşkilatlarda nadir hal görüldüyünü bildirdi. Həm də konkret layihələrlə – investisiyalar, enerji, daşıma, mədəniyyət layihələri ilə TDT-ni möhkəmləndirməli olduğumuzu vurğuladı”.

“Sonda qeyd etmək istəyirəm ki, Prezident İlham Əliyevin müsahibəsini dinləyən hər bir şəxs, onun siyasətçi, dövlət başçısı və ya sadə bir vətəndaş olmasından asılı olmayaraq Azərbaycanın sülh və əməkdaşlıq üzərində münasibətlər quran ədalətli bir ölkə olması ilə bağlı geniş məlumata malik olur. Həm də dövlət başçımızın bu müsahibəsi Azərbaycan ətrafında qərəzli dezinformasiya yaymağa çalışanlara və yaratdığımız yeni reallığa şübhə ilə yanaşanlara verdiyi çox ədalətli və ən düzgün cavab oldu”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 27.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa