!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Azərbaycan təyyarəsinin pilotları möcüzə göstərdi" - "Bild"in şərhi

!Reklam – Yazi
Azərbaycan Hava Yollarına (AZAL) məxsus reysin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, lakin 29 sərnişin sağ qalıb. 
Yenicag.az xəbər verir ki, “Bild”in açıq məlumatların təhlili üzrə eksperti Yulian Röpkənin fikrincə, bu, qismən pilotların qeyri-adi qəhrəmanlığı sayəsində mümkün olub.
Təyyarə Qroznı üzərində Rusiya hərbçiləri tərəfindən zenit raket sistemləri ilə atəşə tutulub, lakin o, yüzlərlə kilometr məsafəni qət edərək Qazaxıstanın Aktau şəhərinə çata bilib. Aviasiya eksperti Yakob Vert pilotların hərəkətlərini yüksək qiymətləndirib:
“Uçuşun gedişi və eniş cəhdinə əsaslanaraq görünür ki, təyyarə ciddi dərəcədə idarəolunmaz vəziyyətdə olub”.

 

 

 

Vert qeyd edir ki, təyyarənin tamamilə məhv olmaqdan xilas olması pilotların fövqəladə peşəkarlığının nəticəsidir. Onlar ciddi zərər görmüş təyyarəni Xəzər dənizinin üzərindən keçirərək Aktauya gətirməyi bacarıblar.
Əgər təyyarə suya düşsəydi, bütün sərnişinlərin həlak olması qaçılmaz olardı. Lakin quruya eniş zamanı “Embraer E190” təyyarəsi ön hissəsi ilə yerə çırpılıb. Bu, əsas zərbəni qarşılayıb və sərnişinlərin yerləşdiyi arxa hissə nisbətən sağ qalıb.
Yulian Röpkənin fikrincə, təyyarənin Aktauya uçmaq məcburiyyətində qalmasının səbəblərindən biri Rusiyanın pilotlara atəşdən sonra təcili eniş üçün icazə verməməsi ola bilər. Hadisədən sonra Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidenti İlham Əliyevdən üzr istəyib./qaynarinfo

www.yenicag.az

121
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv