!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Türkiyə birliyi və Rusiya-İran TƏXRİBAT MAŞINI: “Bu cəhdlər səngiməyəcək” - Zəlimxan Məmmədli

!Reklam – Yazi

“Türkiyə ilə Azərbaycanın yaxınlaşması Rusiyanın Azərbaycanı Xəzər dənizinə sıxışdırmaq planının sonu deməkdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son zamanlarda Azərbaycan-Türkiyə münasibətlərinin daha da dərinləşdirilməsinə yönəlik addımları fonunda müəyyən daxili və xarici qüvvələrin əl atdıqları təxribatları şərh edən “Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli deyib.

Zəlimxan Məmmədlinin sözlərinə görə, Türkiyə ilə Azərbaycan yaxınlaşdıqca, Rusiya və İran tərəfindən bu münasibətlərin korlanmasına yönəlik cəhdlər də intensivləşəcək:

“Azərbaycanda son 27 ildə müəyyən ideoloji boşluq yarandı və biz ölkə olaraq, siyasi oriyentasiyamızı dəqiq seçə bilmədik. Bunun nəticəsində elə bir vəziyyət yaranıb ki, Rusiya və İranın davamlı təxribat poliqonuna çevrilmişik. Yəni bu cür halların olması gözlənilməz deyil.

Türkiyə ilə Azərbaycanın yaxınlaşması bölgədə iki yüz illik intizardan sonra Azərbaycanın bütövlüyünə aparan yolu açır, mənəvi Turan birliyinin gerçəkləşməsini sürətləndirir və Dağlıq Qarabağ probleminin birdəfəlik həllini tezləşdirir. Eyni zamanda, Azərbaycan-Türkiyə birgəliyi tarixi ərazilərimizi ona-buna pay vermiş Rusiyanın Azərbaycanı Xəzər dənizinə sıxışdırmaq planının sonu deməkdir.

Açıq deyək ki, Azərbaycanın Türkiyə ilə yaxınlaşması bu təxribatları daha da kəskinləşdirə bilər. Çünki Türkiyə-Azərbaycan birliyi həm də Türkiyə ilə Orta Asiyanı birləşdirən mükəmməl körpünün qurulması və Şimali Qafqaz xalqlarının sülh içində yaşamalarının təminatıdır. Məhz buna görə də Rusiya və İranın “təxribat maşını”nı hər zaman iş başında olacaq. Biz də zamanında buraxdığımız ideoloji boşluğu elə doldurmalıyıq ki, yad ideologiyaların burada at oynatmasına imkan qalmasın.

Sumqayıtda baş verən hadisəyə gəldikdə isə bu cəhdi edənlərin cavabı qətiyyətlə verilib. O hadisəni çəkib sosial şəbəkədə paylaşanın söylədikləri bütövlükdə millətimizin cavabı idi.

Millət bununla bəyan etdi ki, Türk bayrağı artıq həm də mənim bayrağımdır. Eyni zamanda, Azərbaycan bayrağı yalnız azərbaycanlıların yox, Türk millətinin bayrağıdır. Hər iki bayrağın müqəddəsliyini qəbul edəcəyik və hər iki bayrağı qoruyacağıq”.

Aqil Bəkir

COP29

www.yenicag.az

2818
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv