!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycan-Türkiyə münasibətlərində YENİ SÜRƏT: “İlham Əliyevin o fikirləri bütün dünyaya mesaj idi” – Partiya sədri

!Reklam – Yazi

“Prezident məlum çıxışı ilə Azərbaycan-Türkiyə qardaşlığının daimi olması haqda bütün dünyaya birmənalı mesaj verdi”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında prezident İlham Əliyevin Şərqi Aralıq dənizində baş verən proseslərdə Azərbaycanın Türkiyəni tərəddüdsüz dəstəklədiyi haqda mövqeyini şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev deyib.

Elşad Musayev bildirib ki, dövlət başçısının bu mövqeyi Azərbaycanla yanaşı, Türkiyədə də böyük məmnunluq yaradıb:

“Son illərdə Yunanıstanın Azıərbaycana münasibətdə yol verdiyi ciddi yanlışlıqlar ikitərəfli əlaqələrə təsirsiz ötüşə bilməzdi. Bildiyiniz kimi, o vaxt Yunanıstan hökuməti Azərbaycanın Dövlət Neft Şirkətinin “Desfa” şirkətinin özəlləşdirilməsi prosesinə qatılmasını təklif etmişdi. Dövlət Neft Şirkəti həmin tenderi qazansa da, Yunanıstan hökuməti tərəfi öz öhdəliyini yerinə yetirməkdən boyun qaçırdı.

Eyni zamanda, ikitərəfli münasibətlətin pisləşməsinə səbəb olan başqa mühüm amil Yunanıstanın işğalçı Ermənistanla birlikdə hərbi-siyasi ittifaq yaratmaq təşəbbüsüdür.

Azərbaycan prezidenti yunan səfirlə söhbətində qəti şəkildə bəyan etdi ki, biz Şərqi Aralıq dənizində baş verən hadisələrdə Türkiyəni tərəddüdsüz dəstəkləyirik. Prezidentin bu qəti mövqeyi Azərbaycanla yanaşı, Türkiyədə də böyük məmnunluqla qarşılandı.

Hamı xatırlayır ki, Azərbaycan-Türkiyə birgə hərbi təlimlərindən sonra Rusiyanın döyüş gəmiləri Bakıya gəldi və bizdəki “rusbaşlar” onları qırmızı xalıda, zurna-balabanla, güllərlə, duz-çörəklə qarşıladılar. Həmin vaxt demişdim, indi də deyirəm ki, Rusiya hərbi gəmilərini belə təmtəraqla qarşılaynlar ciddi cəzalandırılmalıdırlar. Bununla bağlı Türkiyədə də müəyyən narahatlıq yaranmışdı. Ancaq prezidentin dünənki mövqeyi hər şeyi yoluna qoydu.

Digər tərəfdən, prezident məlum çıxışı ilə Azərbaycan-Türkiyə qardaşlığının daimi olması haqda bütün dünyaya birmənalı mesaj verdi”.

Səxavət Məmməd

www.yenicag.az

678
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv