Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan və Almaniya arasında iqtisadi əməkdaşlıq müzakirə edildi - FOTO

Almaniyanın Reynland-Pfalts federal torpağının İqtisadi Məsələlər, Nəqliyyat, Kənd Təsərrüfatı və Üzümçülük Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda işgüzar səfərdə olan alman iş adamlarından ibarət nümayəndə heyəti Enerji Məsələlərini Tənzimləmə Agentliyində (AERA) olub.

Yenicag.az xəbər verir ki, Agentliyin baş ofisində təşkil edilən görüşdə qonaqları AERA İdarə Heyətinin sədri Samir Axundov qəbul edib.

S.Axundov onlara yeni yaradılmış Agentliyin fəaliyyət istiqamətlərindən söhbət açıb, qısa müddət ərzində əldə edilmiş nailiyyətlərdən, xüsusilə müvafiq qanunvericiliyin yenilənməsi sahəsində görülən işlərdən bəhs edib. Yeni yaranmaqda olan alternativ enerji bazarının xüsusiyyətlərindən danışarkən sədr alternativ və bərpa olunan enerji mənbələrinin əhəmiyyətini, ölkənin energetika sahəsinə xarici investorların cəlb edilməsinin vacibliyini vurğulayıb.

Alman nümayəndə heyətinin rəhbəri cənab Frans Zays Reynland-Pfalts federal torpağının İqtisadi Məsələlər, Nəqliyyat, Kənd Təsərrüfatı və Üzümçülük Nazirliyi adından AERA İdarə Heyətinin sədrinə öz təşəkkürünü bildirib. Almaniyanın fərqli sahələrdə, həmçinin, energetika sahəsindəki təcrübələrindən söz açan qonaq geniş məlumatla çıxış edib. Görüşdə müxtəlif şirkətlərin təmsilçiləri ilə fikir mübadiləsi aparılıb. Neft-qaz sənayesi və ictimai inşaat infrastrukturu sahələrində xidmət təminatı, unikal patentli kompleks həllər və digər sahələrdəki alman təcrübəsindən nümunələr gətirilib. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüş əlaqələrin daha da möhkəmləndirilməsi barədə razılaşmanın əldə edilməsi ilə başa çatıb.

www.yenicag.az

329
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100