Azərbaycan və İran birgə hərbi təlimlərə başladı

media-hightechnic-468x90

Azərbaycan və İran silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələri İranın Ərdəbil vilayətində 4 günlük hərbi təlimlərə başlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə İranın rəsmi İRNA agentliyi məlumat yayıb.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) quru qoşunlarının bəyanatına görə, quru qoşunları və Azərbaycan silahlı qüvvələrinin xüsusi təyinatlı bölmələri Ərdəbil vilayətinin Aslanduz rayonunda 4 gün davam edəcək “Araz birgə hərbi təlimi”ndə iştirak edirlər.

Hərbi təlimlərin məqsədi iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi, qanunsuz silahlı təşkilatlara qarşı birgə mübarizə, sərhəd təhlükəsizliyinin gücləndirilməsi və hərbi potensialın artırılmasıdır./unikal

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600