Azərbaycan və Sloveniyanın NATO-dakı nümayəndələri görüşdülər

media-hightechnic-468x90

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə sloveniyalı həmkarı Andrey Benedeyçiçlə Bakının “NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfəsi” müzakirə olunub.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə yazıb.

“Sloveniyanın NATO-dakı daimi nümayəndəsi Zati-aliləri səfir Benedeyçiç ilə görüşməkdən və geniş mövzular üzrə fikir mübadiləsi aparmaqdan məmnun oldum”, – Hüseynzadə qeyd edib.

Onun sözlərinə görə, görüşdə “Sülh naminə Tərəfdaşlıq (SnT) Proqramı çərçivəsində Azərbaycan – NATO tərəfdaşlığı, Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfəsi barədə səmərəli müzakirə” aparılıb.

“Həmçinin Sloveniya və Azərbaycan arasında ikitərəfli münasibətlər və cari regional hadisələr barədə faydalı söhbət etdik”, – Azərbaycanın alyansdakı nümayəndəliyin başçısı vurğulayıb.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05