Azərbaycan XİN Çində zəlzələ ilə bağlı Pekinə başsağlığı verdi

media-hightechnic-468x90

Azərbaycan Xarici İşlər Nazirliyi Çində dağıdıcı zəlzələ nəticəsində həyatını itirənlərlə bağlı Pekinə başsağlığı verib.

Bu barədə XİN-in “X” sosial şəbəkə hesabında paylaşım edilib.
“Çində çoxlu insan itkisinə və yaralanmasına səbəb olan dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirik”, – deyə başsağlığında bildirilib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa