Azərbaycan XİN Əfqanıstana başsağlığı verdi

media-hightechnic-468x90

Azərbaycan Xarici İşlər Nazirliyi Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ ilə bağlı başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə nazirlik “X” hesabında məlumat yayıb.

“Əfqanıstanda baş vermiş dağıdıcı zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların hamısına şəfa diləyirik. Bu çətin zamanda Əfqanıstan xalqının yanındayıq”.

Qeyd edək ki, Əfqanıstanda baş verən güclü zəlzələdə ölənlərin sayı 622-yə çatıb, daha 1 500 nəfər yaralanıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa