Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Azərbaycan XİN-i sinaqoqa edilən hücumla bağlı başsağlığı verib

Reklam: High Technic

Azərbaycan XİN-i Pittsburqda sinaqoqa hücum ilə əlaqədar başsağlığı verib.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva özünün “Twitter” hesabında yazıb.

L.Abdullayeva qeyd edib: “Biz Pittsburqda sinaqoqda baş verən qəddar cinayətə görə kədərlənirik. Biz ölən və xəsarət alanların ailələrinə səmimi başsağlığımızı bildiririk”.

Qeyd edək ki, ötən gün ABŞ-ın Pittsburq şəhərində silahlı şəxs sinaqoqa daxil olaraq insanlara atəş açmağa başlayıb. Hadisə yerinə polis əməkdaşları gəldikdən sonra atışma başlayıb.

Atışma nəticəsində 11 nəfər həlak olub, 4-ü polis olmaqla 6 nəfər isə yaralanıb.

Silahlı 48 yaşlı Rob Bauer yaralanaraq polislərə təslim olub və o, xəstəxanaya yerləşdirilib.

www.yenicag.az

2546
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100