!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycana dişini qıcıyan RƏSMİ TEHRAN: "İran kimi imperialist, teokratik dövlətlər çalışırlar ki..." - ŞƏRH

!Reklam – Yazi

“İran güneylə quzey arasında qondarma bir dövlətin olmasını istəyirdi”.

Bunu İranın Azərbaycana qarşı aqresiyyasının səbəblərini şərh edən Ümid Partiyasının sdəri İqbal Ağazadə Yenicag.az-a açıqlamasında deyib.

İqbal Ağazadə bildirib ki, İranın Azərbaycana qarşı aqressiyasının səbəbi təkcə yox, həm də Zəngəzur dəhlizidir:

“İqtisadi cəhətdən Zəngəzur dəhlizinin açılması Avropaya yeni bir yol açacaq. Daha qısa və daha sərfəli marşrut xətti olacaq. İran həm bundan narahatdır, həm də ümumiyyətlə, bütün sərhədləri boyu Azərbaycan dövlətinin hakimiyyətinin olması onu narahat edir. İran çox çalışdı, arzulayırdı ki, Zəngilan və Cəbrayıl istiqaməti işğladan azad edilməsin. İran güneylə quzey arasında işğalçı bir dövlətin olmasını çox arzulayırdı. Bu istiqamətdə də gərəkən hər şeyi etdi. Azərbaycan torpaqlarını işğaldan azad etdi. Bu da istər Cənubi Qafqazda, istərsə də Cənubi Azərbaycandakı proseslərə yeni bir stimul verdi. Regiona Türkiyə girdi və Türkiyənin regiondakı nüfuzu artdı. Bundan əlavə, regionda türkdillilik faktoru özünü əhəmiyyətli dərəcədə göstərdi. Türk xalqları və türkdillilik faktoru öz əhəmiyyətini artırdıqca İran ərazisində milli kimliyi uğrunda mübarizə aparan güneyli azərbaycanlılar bu məsələdə öz səslərini fərqli şəkildə çıxara bilər. Bu da İranı narahat edir. Ən başlıcası, İran kimi imperialist, teokratik dövlətlər çalışırlar ki, daxildəki problemləri pərdələmək üçün xaricdə düşmən axtarsınlar. Xarici düşmənlər vasitəsi ilə əhalini içəridəki problemlərdən yayındırıb xarici düşmən obrazı ətrafında birləşdirsinlər. Uzun illər buna nail olub. SSRİ də buna NATO istiqamətində nail olmuşdu. İran həm də o problemləri pərdələmək istəyir”.

Partiya sədri İranın daha gərginliyi artırmayacağını vurğulayıb:

“İran gərginliyi bundan artıq artırmaq gücündə deyil. İranın bundan artıq gərginliyi qaldırması daxildə hərəkətlənməyə, o cümlədən xarici dövlətlərin mövqelərini bir qədər korrektə etməyə və İranın üzərinə getməyə imkan yarada bilər. İran etdiyinin ən yüksək səviyyəsini etdi. Bundan artığı mümkün deyil”.

Səxavət Məmməd

www.yenicag.az

1198
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv