2023-cü ilin yanvar-mart ayları ərzində Azərbaycana ümumilikdə 314 milyon 994 min dollar dəyərində 20 799 ədəd avtomobil idxal olunub.
Yenicag.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2022-ci ilin yanvar-mart ayları ilə müqayisədə ölkəyə idxal olunan avtomobillərin sayı 21,6% və ya 3 697 ədəd artıb.
Qeyd edək ki, hesabat dövründə idxal olunan yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,8 dəfə və ya 338 ədəd avtomobil artıb.
www.yenicag.az