Azərbaycanca “salam” erməniləri təşvişə saldı

media-hightechnic-468x90

Plane_30Fevralın 9-da “Aeroflot” şirkətinin həyata keçirdiyi SU 1866 Moskva-Yerevan reysində gülməli əhvalat baş verib.

“Joxovurd” qəzeti yazır ki, sərnişinlər artıq öz yerlərini tutduqdan sonra təyyarə havaya qalxmağa hazırlaşarkən məşhur salamlama mətni səsləndirilib.

Mətn təbii ki, əvvəlcə rus, daha sonra isə… Azərbaycan dilində səsləndirilib. Bu zaman sərnişinlər arasında əsl çaxnaşma yaranıb. Onlar bunun sui-qəsd olduğunu və təyyarənin Bakıya uçduğunu zənn ediblər.

Təyyarənin ekipaj üzvləri bunun texniki səhv olduğunu izah edərək sərnişinləri sakitləşdirməyə məcbur olublar.

Bundan əlavə, məlum olub ki, təyyarənin ekipajının komandiri də milliyyətcə erməni olan Eduard Ovannisyandır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600