Azərbaycanda 3 faydalı qazıntı yatağı hərraca çıxarılır

media-hightechnic-468x90

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yer təkindən istifadə ilə bağlı avqustun 7-də keçirəcəyi hərraca 3 faydalı qazıntı yatağı çıxaracaq.

Bu barədə Yenicag.az-a Dövlət Xidmətindən bildirilib.

Məlumata görə, bunlar, Balakən rayonundakı “Katexçay” qum-çınqıl yatağı ( 1 lot) , Oğuz rayonu “Muxas-Daşağılçay” qum-çınqıl yatağı ( 4 lot) və Oğuz rayonu “Nic” ( 1 lot) gil yataqlarıdır.

Başlanğıc qiyməti 1 725 – 16 100 manat arasında dəyişən yataqlara sahib olmaq üçün iddiaçılar müvafiq sənədlər toplusunu 31 iyul 2025-ci il saat 18:00-a qədər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə (Bakı KOB evi) ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş sənədlər açılmadan geri qaytarılacaq.

Hərracla bağlı məlumat almaq, xidmət haqqı və 10% beh ödəmək istəyənlər Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinə müraciət edə bilərlər. Hərrac Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində keçiriləcək.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600