Azərbaycanda 369 nəfər COVID-19-a yoluxub, 17 nəfər vəfat etdi

media-hightechnic-468x90

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 1 090 nəfər müalicə olunaraq sağalıb.

Yenicag.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 17 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 785 670 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 765 373 nəfər müalicə olunaraq sağalıb, 9 417 nəfər vəfat edib, aktiv xəstə sayı 10 880 nəfərdir.

Ölkədə son sutka ərzində 3 860, hazırkı dövrədək isə 6 554 964 test aparılıb.

 

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa