Azərbaycanda 37 dərəcə isti olacaq
İyunun 17-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.Sabah Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam dağlıq və dağətəyi rayonlarda qısamüddətli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Mülayim-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 17-22, gündüz 30-35, bəzi yerlərdə 37 dərəcə, dağlarda gecə 9-14, gündüz 21-26 dərəcə isti olacaq.
Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 3 gün ərzində Abşeron yarımadasında sabit hava şərait müsbət amil olsa da günorta saatlarında isti temperatur diskomfortu və zəif küləklərin üstünlüyü meteohəssas insanlar üçün əlverişsizdir.












