Qusarda zorlamada şübhəli bilinən şəxs saxlanılıb.
Yenicag.az xəbər verir ki, martın 31-də Xaçmaz rayon sakini, 2004-cü il təvəllüdlü Aysu Q. (şərti adlı) polisə müraciət edərək 2021-ci il dekabr ayından Qusar rayon sakini, 1977-ci il təvəllüdlü Azər X.-nin (şərti adlı) iradəsinə zidd olaraq onunla zorla cinsi əlaqədə olduğunu bildirib.
17 yaşlı Aysu əlavə edib ki, hadisə Azərin Qusarın kəndlərindən birində yerləşən evində baş verib.
Azər X. saxlanılıb. Faktla bağlı araşdırmalar aparılır./Kriminalqafqaz/
www.yenicag.az