Azərbaycanda 4600-dan çox vergi ödəyicisi qanunu pozdu

media-hightechnic-468x90

Taxes_ministry_vergiler_bina_0412122014-cü ilin avqust ayı ərzində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması, nəzarət-kassa aparatlarından istifadə, vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən vergi ödəyicilərinin aşkarlanması və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə vergi orqanları tərəfindən keçirilmiş tədbirlər zamanı 4611 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkarlanıb.

Ötən ilin avqust ayında 3114 pozuntu faktı qeydə alınmışdı.

Vergilər Nazirliyinə  verdiyi məlumata görə, 720 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul olunduğu, valyutanın ticarət, iaşə və xidmət müəssisələrində qanunsuz olaraq alınıb-satıldığı və ya dəyişdirildiyi, 194 vergi ödəyicisinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərdiyi, 579 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) almadan məşğul olduğu müəyyən edilib.

3 vergi ödəyicisi tərəfindən 56 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edildiyi, 175 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşındığı, 30 vergi ödəyicisində aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar olduğu aşkarlanıb.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunamüvafiq tədbirlər görülüb. (trend.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600