!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda aparılan islahatların əhəmiyyəti müzakirə edilib – Qubada

!Reklam – Yazi

1469455350444148541_1000x669Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzi (BMAM) Azərbaycan Prezidenti Yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə iyulun 25-də Quba şəhərində “Yeni hədəflərə doğru” vətəndaş həmrəyliyinin gücləndirilməsi çərçivəsində “Sosial, iqtisadi və siyasi islahatların əhəmiyyəti və onların icrasına cəmiyyətin münasibəti” mövzusunda konfrans keçirib.

Mərkəzdən bildiriblər ki, konfransda BMAM-in sədri, politoloq Rufiz Qonaqov Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkədə aparılan islahatlar, vətəndaş cəmiyyətinin bu proseslərdəki rolu barədə ətraflı məlumat verib. Politoloq qeyd edib ki, ölkəmizdə həyata keçirilən genişmiqyaslı və fundamental islahatlar nəticəsində iqtisadi inkişafa, siyasi sabitliyə, qanunvericilik bazasının güclənməsinə nail olunub.

Açıq hökumətin təşviqi ilə bağlı Milli Fəaliyyət Planının təsdiqlənməsi, Elektron Hökumət portalının, “ASAN xidmət”in yaradılması, gömrük sistemində bir pəncərə sisteminin tətbiq olunmasını aparılan islahatların tərkib hissəsi sayan Rufiz Qonaqov Konstitusiyaya ediləcək dəyişikliklərə diqqət çəkib: “Dünyanın demokratiya ənənəsi olan ölkələrində vaxtaşırı konstitusiya islahatları həyata keçirilir. Zaman keçdikcə, yeni siyasi situasiya yetişdikcə konstitusiyaya dəyişiklik zərurəti meydana gəlir. Azərbaycanda prezidentli respublika quruluşu olduğu üçün ölkə başçısına geniş səlahiyyətlər verilməlidir. Bu dəyişikliklərin ən böyük müsbət təsiri Azərbaycan xalqına, dövlətinə olacaq. Azərbaycanın özünü təsdiq etmiş lideri, cəmiyyətin etimadını doğrultmuş siyasi xadimi var və bu, Prezident İlham Əliyevdir”.

Quba Şəhər İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Bayramova bildirib ki, ölkədəki islahatlar əhalinin sosial durumunun yüksəlməsinə, dövlətimizin güclənməsinə xidmət edir. Şəhərimizdə aparılan quruculuq-abadlıq işləri son illər daha da sürətləndirilib. Fermerlərə dövlət səviyyəsində dəstək verilib. Burada aqrar sektor nəzərəçarpacaq səviyyədə inkişaf edib. Quba şəhərinin ölkədəki inkişafda xüsusi payı var. Düşünürəm ki, yaxın gələcəkdə Quba Azərbaycanın ən inkişaf etmiş şəhəri olacaq. Həm coğrafi mövqeyimiz, turizm üçün imkanlar, həm də əlverişli münbit torpaq sahəsinin bol olması Qubanın perspektivini yüksəldir.

Quba Regional Resurs Mərkəzinin rəhbəri Eynulla Xeyrullayev Azərbaycanın son 20 ildə demokratik cəmiyyət quruculuğu sahəsində böyük inkişaf yolu qət etdiyini vurğulayıb. Bildirib ki, Azərbaycanda hüquqi dövlət qurulub. Biz hazırda dövlətçiliyimizin daha da gücləndirilməsi istiqamətində mühüm addımlar atırıq. Ölkəmizdə xalqla hakimiyyət arasında çox güclü mənəvi tellər mövcuddur.

“Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin sədri Ramin Mahmudov bildirib ki, rayon gəncləri ölkədə baş verən ictimai-siyasi proseslərə biganə qalmır. Rayonumuzun gəncləri ali məktəblərə qəbul imtahanlarında, yerli və beynəlxalq idman yarışlarında uğurlu nəticələr əldə ediblər.

www.yenicag.az

815
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv